APA Telegram Channel

APA İnformasiya Agentliyi

Website: https://apa.az

E-mail: [email protected]

Contact: @BOTAPAGroup

Facebook: https://www.facebook.com/apaxeber/

View in Telegram

Recent Posts

İsrail Livanın “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahı öldürdükdən sonra ABŞ Yaxın Şərq regionunda hərbi kontingentinin sayını artırmaq variantını nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə şənbə günü NBC televiziyası ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Azərbaycan XİN rəhbəri #COP29 ayı ərzində hər kəsi siyasi fikir ayrılıqlarını aşmağa, həmrəy olmağa və Atəşkəsə hörmət etməyə çağırıb

👉apa.az
🇦🇿❗️Ceyhun Bayramov: Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpası Cənubi Qafqazda tamamilə yeni şərait yaradıb

APA Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

apa.az
ABŞ prezidenti Co Bayden “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın İsrailin zərbəsi nəticəsində öldürülməsini haqlı hesab etdiyini bildirib.
APA xəbər verir ki, bu haqda ABŞ prezidentinin məsələ ilə bağlı açıqlamasında qeyd olunur.

"Həsən Nəsrullah və onun rəhbərlik etdiyi "Hizbullah" terror qruplaşması yüzlərlə amerikalının qırx illik terror nəticəsində qətlə yetirilməsində cavabdehlik daşıyır. Onun İsrailin hava hücumu zamanı ölümü minlərlə amerikalı, israilli və livanlı mülki vətəndaşlardan olan qurbanlar üçün ədalət ölçüsüdür.", - deyə açıqlamada bildirilir.

Mətndə həmçinin ABŞ-ın İsrailin “Hizbullah”, HƏMAS, husilər və İranın dəstəyi ilə fəaliyyət göstərən hər hansı digər terror qruplarına qarşı özünü müdafiə etmək hüququnu tam dəstəklədiyi bildirilir.
XİN: Aİ rəsmisinin Azərbaycan Prezidentinin fikirlərini yanlış və açıq qərəzlə şərh etməsini qətiyyətlə rədd edirik

apa.az
❗️Rusiya Federasiyası "Hizbullah" lideri Həsən Nəsrullahın İsrail tərəfindən törədilmiş siyasi qətlini qətiyyətlə pisləyir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiya Federasiyası İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağırır.
Rusiya XİN bəyan edib ki, regionda sonrakı gərginliyə görə bütün məsuliyyət İsrailin üzərinə düşür.
❗️Livanın paytaxtı Beyruta endirilən aviazərbələr nəticəsində İranın daha bir yüksək rütbəli zabiti öldürülüb.

APA-nın xəbərinə görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, hava hücumu zamanı öldürülən şəxs İnqilab Keşikçiləri Korpusunun general-mayoru Abbas Nilforşuandır.
❗️Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

https://apa.az/sosial/dovlet-serhedini-pozmaga-cehd-gosteren-22-nefer-saxlanilib-868989
Bakının Binəqədi rayonunda yanğın olub.
APA xəbər verir ki, yanğın Biləcəridə yerləşən mebel sexində qeydə alınıb.

Məlumatla əlaqədar, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
❗️"Hizbullah" Şeyx Həsən Nəsrullahın öldürüldüyünü rəsmən təsdiqləyib.

APA xəbər verir ki, bu barədə "Hizbullah" bəyanat yayıb.

Məlumatda, həmçinin bildirilib ki, "Hizbullah" İsraila qarşı mübarizəni davam etdirəcək.

Qeyd edək ki, əvvəl yayılmış məlumatlarda Həsən Nəsrullahın İsrailin dünən Livanın paytaxtı Beyrutu bombalaması nəticəsində öldürüldüyü bildirilmişdi.
Bombardmanda Nəsrullahın qızı Zeynəbin və "Hizbullah"ın daha bir neçə yüksək vəzifəli üzvünün öldürüldüyü də açıqlanmışdı.

Həsən Nəsrullah 1992-ci ildən "Hizbullah"a rəhbərlik edirdi.
❗️Bakının Binəqədi rayonunda yanğın olub.

APA xəbər verir ki, yanğın Biləcəridə yerləşən mebel sexində qeydə alınıb.

Məlumatla əlaqədar, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.
❗️İran “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın ölümünə cavab tədbirləri hazırlayır.

APA-nın ISNA-ya istinadən xəbərinə görə, bunu adı çəkilən ölkənin prezidenti Məsud Pezeşkian deyib. İran lideri baş verən hadisəni hərbi cinayət kimi dəyərləndirib.

Onun sözlərinə görə, rəsmi Tehran daim həm Livan xalqının, həm də müqavimət hərəkatının yanındadır.
❗️“Hizbullah” liderinin qətlindən sonra İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei təhlükəsiz əraziyə təxliyə edilib.
❗️“Hizbullah” lideri Şeyx Həsən Nəsrullah öldürülüb.

APA-nın İsrail mediasına istinadən xəbərinə görə, bu barədə orduya yaxın mənbələr məlumat yayıb
Lavrov İran XİN başçısı ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Sentyabrın 27-də Nyu-Yorkda “BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov İran İslam Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Abbas Əraqşı ilə ilk görüşünü keçirib. APA-nın Moskva müxbiri xəbər verir ki, görüş barədə Rusiya XİN məlumat yayıb.


Bildirilib ki, görüşdə İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında işlərin vəziyyəti, Cənubi Qafqazda və Fələstin-İsrail münaqişəsi zonasında vəziyyət də daxil olmaqla, aktual beynəlxalq və regional problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xarici siyasət koordinasiyasının hazırkı yüksək səviyyədə saxlanmasında qarşılıqlı maraq vurğulanıb.

Tərəflər Rusiya və İran arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması xəttinin dəyişməzliyini və əvvəllər razılaşdırılmış bütün birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Sentyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.

SABAHIN HAVASI
❗️Ermənistanla Fələstin dövləti arasında diplomatik münasibətlər qurulub.
APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bununla bağlı kommunike BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu Sessiyası çərçivəsində imzalanıb.

Sözü gedən sənədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla fələstinli həmkarı Məhəmməd Mustafa imza atıblar.
❗️VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk iclası sentyabrın 30-da keçiriləcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sessiyanın ilk iclasında yeni seçilmiş VII çağırış Milli Məclisin üzvlərinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən vəsiqələr təqdim ediləcək.

Qeyd edək ki, iclasda həmçinin VII çağırış Milli Məclisin ilk iclasında yaradılmış komitələrinin tərkibi formalaşacaq.
❗️27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə Azərbaycan və Almaniya arasında mövcud ikitərəfli münasibətlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Qarşı tərəf həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi çərçivəsində görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.
See more posts

View in Telegram

Telegram Channel