Həbib Müntəzir – Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Recent Posts
Erməni mənbələri Azərbaycan-Ermənistan sərhədində yaxın zamanlarda baş verə biləcək yeni hərbi əməliyyatın anonsunu verir. Bildirilir ki, rəsmi Bakı Ermənistan tərəfindən işğal olunmuş 8 kəndi almaq üçün hücuma hazırlaşır. Yeni eskalasiyanın noyabr ayının ortaları olacağı deyilir. İsveç XİN də şərti sərhədlə yaxın olan ərazilərə öz vətəndaşlarını səfər etməməyə çağırıb.
Rusiya hökumətinin sosial mediada təbliğatçısı kimi tanınan, siyasi ekspert Nəzakət Məmmədova Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən saxlanılıb və barəsində istintaq müddəti boyunca 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Rusiyaya cəsusluqda və dövlətə xəyanətdə ittiham olunur.
Azərbaycan Ordusunda xidmət göstərən bir neçə hərbçi xidmət zamanı smartfon telefonlardan Tiktoka girdikləri üçün, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşaraq təhlükəsizlik qaydalarını pozduqları üçün ordu sıralarından xaric ediliblər. Digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb.
Azərbaycan Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyir. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov deyib. Nazir eyni zamanda rəsmi Bakının İsrail-Fələstin münaqişəsi zonasında artan münaqişədən dərin narahatlığını vurğulayıb və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. Azərbaycan fələstinli qaçqınlara dəstək üçün 1,6 milyon dollar ayırıb.
ABŞ İsraili müharibə qanunlarına riayət etməyə çağırıb. Ərdoğan isə bütün bəşəriyyəti Qəzzada tarixdə görünməmiş bu vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət etdiyini bildirib. Bu arada İsrail öz vətəndaşlarına ən qısa zamanda Türkiyəni tərk etməyə çağırıb.
İsrail ordusunun Qəzzadakı Ərəb Baptist xəstəxanasını raketlə vurduğu, ən az 500 nəfər mülki şəxsin öldüyü bildirilir.
İlham Əliyev: "Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq".
Paşinyan bildirib ki, Ermənistan Meğri dəmiryol xəttini bərpa etməyə hazırdır. Həmçinin deyib ki, rəsmi Yerevan bütün əsir və məhbusları dəyişdirməyə, itkin düşənlərin problemlərini həll etməyə və əraziləri minalardan təmizləməyə də hazırdır.
Paşinyan Ermənistanın ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu təsdiqləyib.
İlqar Məmmədov, Tural Abbaslı, Əli İnsanov, İqbal Ağazadə, Sərdar Cəlaloğlu və digər partiya liderləri İlham Əliyevə müraciət ediblər: "Partiyalarımız dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasətdə Zati-alinizə dəstəyini bəyan edir".
Qarabağdan Ermənistana qaçan, silahlı birləşmələrin 16 ildən artıq baş komandanı olmuş, Xocalı soyqırımını törədənlərdən biri kimi adı hallanan Samvel Babayanın ifadələri əsasında Ermənistanda cinayət işi açılıb. Hazırda iş üzrə təqsirləndirilən şəxs yoxdur.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, bir zamanlar Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini işləmiş, general-mayor Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.
ABŞ Dövlət Departamenti: "Blinken Azərbaycanın Ermənistana hücuma hazırlaşdığını deməyib".
İlham Əliyev bu gün Xankəndi, Kərkicahan, Xocalı, Əsgəran, Xocavənd və Ağdərədə olub. Hər birində Azərbaycan bayrağı dalğalanıb.
Politico nəşri yazır ki, ABŞ dövlət katibi Entoni Blinken konqresmenlərə bildirib ki, Azərbaycanın Ermənistanı yaxın həftələrdə işğal etmə ehtimalını yaxından izləyirik.
Putin: "Formal olaraq Rusiya sülhməramlıları 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdır, bu məsələ danışıqlar zamanı həll olunacaq".
Xocavənddə 2 yük maşını minaya düşüb, 1 nəfər ölüb. Füzulidə isə 2 nəfər minaya düşüb, biri ölüb, digəri yaralanıb.
İlham Əliyev: "Bizdə olan məlumatlara görə, hələ də ərazimizdə gizlənməyə davam edən müəyyən silahlı qruplar mövcuddur".
Azərbaycan XİN: "Azərbaycanın hansısa erməni kəndlərini işğal etməsi iddiaları tamamilə yalandır".
İsrail dünən gecədən Fələstin (Qəzza) və Suriyadan sonra indi də Livanı bombalayır. Bu gün gecə isə Qəzzaya quru yolla hərbi əməliyyat gözlənilir.